Qəddafi-Sarkozi ittihamı - VİDEO

Qəddafi-Sarkozi ittihamı - VİDEO
  22 İyun 2013    Oxunub:1705
2007-ci ildə prezidentliyə seçki kampaniyasında Liviya Nikolas Sarkoziyə maliyyə yardımı göstərib. Bu barədə Müəmmar Qəddafinin tərcüməçisi bildirib.
AzVision.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu məlumatı Sarkozi inkar edib. Moftah Missurinin sözlərinə görə, Qəddafi şəxsən ona bildirib ki keçmiş Fransa prezidentinin seçki kampaniyasına 20 milyon dollar ayrılıb.

Sarkoziyə qarşı ittiham ilk dəfə Qəddafinin oğlu tərəfindən irəli sürülüb. Halbuki, Missuri 2012-ci ilin aprelində “Le Figaro” fransız qəzetinə müsahibəsində söyləmişdi ki, onun bu ödənişdən xəbəri yoxdur. İyunun 20-də isə Missuri Fransa televiziyasında Qəddafinin Sarkozinin prezident kampaniyası üçün 20 milyon dollar verdiyini etiraf edib.



AzVision.az


Teqlər:





Xəbər lenti