Barrozu: “Azərbaycanda böyük tərəqqi var”

Barrozu: “Azərbaycanda böyük tərəqqi var”
  21 İyun 2013    Oxunub:1103
“Azərbaycan Sovet İttifaqının – azadlıqların olmadığı totalitar rejimin bir hissəsi olub.
Buna görə də bu gün müstəqil, suveren ölkə olan Azərbaycandakı vəziyyətə və bir zamanlar mövcud olan Azərbaycandakı vəziyyətə baxsaq, ədalətli olaraq ölkədə böyük tərəqqi olduğunu görmüş olarıq”.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Azərbaycanda insan haqları və demokratiyanın durumuna dair sualı belə cavablandırıb.

O qeyd edib ki, hər ölkənin öz özəllikləri var: “Hansısa ölkədə demokratiyadan danışan zaman bu ölkənin öz tarixindən, coğrafiyasından, üzləşdiyi problemlərdən irəli gələn özəlliklərinin olduğunu nəzərə almaq lazımdır. Bu o demək deyil ki, Azərbaycan bu gün bütün standartlara cavab verir. Səmimi qəlbdən güman edirəm ki, tərəqqiyə nail olmaq üçün şəffaflıq və demokratik islahatların keçirilməsi zəruridir. Və tam şəkildə əminəm ki, prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır və Azərbaycanın imicinin, nüfuzunun qeydinə qalır”.

O qeyd edib ki, insan haqları Avropa Birliyinin tərəfdaş ölkələrlə əməkdaşlığının əsas maddəsidir: “Avropa da mükəmməl deyil və biz bütün AB ölkələrində və tərəfdaş dövlətlərdə bütün hüquqların qorunmasına əmin olmaq kimi bir məsələdə sayıq olmalıyıq”.(apa)


Teqlər:





Xəbər lenti