Nazirin üzünə tort çırpdılar -VİDEO

Nazirin üzünə tort çırpdılar -VİDEO
  21 İyun 2013    Oxunub:1977
Hadisə paytaxt Brüsseldə, “Yoxsulluq-2013” adlı tədbirdə baş verib
Belçikada inteqrasiya və miqrasiya məsələləri üzrə dövlət naziri Maqqi de Blokun üzünə bir boşqab xama və tort atıblar. Hadisə paytaxt Brüsseldə, nazir “Yoxsulluq-2013” adlı tədbirə gedərkən qeydə alınıb. Baş verən hadisə videoya çəkilərək internetdə yerləşdirilib və dünyanın ən çox izlənən video-çarxlarından biri olub.

Qeyd edək ki, xanım nazir hadisənin şokundan çıxmamış, ikinci aksiyaçı ketçup dolu boşqabı onun başına çırpıb. Baş verənlərdən sonra onlar hadisə yerindən qaçıblar.



Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti