Nazirlərin gizli işgəncə zirzəmiləri aşkarlanıb

Nazirlərin gizli işgəncə zirzəmiləri aşkarlanıb
  20 İyun 2013    Oxunub:1324
Məhbuslara işgəncə verilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb
Gürcüstan həbsxanalarında məhbuslara işgəncələr verilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Daxili işlər naziri İrakli Qaribaşvili bildirib ki, artıq bununla bağlı rəhbərlik etdiyi qurumun və müdafiə nazirliyinin 9 əməkdaşı həbs edilib.

Qaribaşvilinin sözlərinə görə, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, sabiq müdafiə naziri Baço Axalaya və daxili işlər naziri Vano Merabişvilinin gizli işgəncə zirzəmiləri aşkarlanıb. Həmin yerlərə baxış keçirilərkən dəhşətli faktlar aşkarlanıb. Zirzəmilərdə narkotik vasitələr, işgəncə alətləri və silah olub.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti