İranda edam ləğv edildi

İranda edam ləğv edildi
  20 İyun 2013    Oxunub:2334
İran artıq ictimai yerlərdə edam etməyəcək. Bu barədə İranın Qəzvin vilayətinin prokuroru Camal Ənsari bildirib.
AzVision.az İranın “Fars” xəbər agentliyinə istinadən məlumat verir ki, Ənsari bu qərarın verilməsinə üç məsələnin – insan hüquqları, beynəlxalq siyasət və İranın məhkəmə sisteminin səbəb olduğunu söyləyib.

Ənsarinin sözlərinə görə, əvvəllər İranda ictimai yerlərdə açıq şəkildə edamlar həyata keçirilib. Edam prosesi videoya çəkilərək mediada yayılıb. Hazırda isə İranın ictimai yerlərində edamlar qadağan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti