Türkiyəyə dəyən ziyanın məbləği açıqlandı

Türkiyəyə dəyən ziyanın məbləği açıqlandı
  20 İyun 2013    Oxunub:1137
Türkiyədə bir neçə həftədir davam edən Gezi parkı mitinqləri ölkəyə baha başa gəlib.
İğtişaşlar Türkiyə büdcəsinə ümumilikdə 140 trilyon türk lirəsi zərər vurub

Ötən gün jurnalistlərin qarşısına çıxan hakim Ədalət və İnkişaf partiyasının sözcüsü Hüseyn Çəlik ölkəyə aksiyalar nəticəsində dəyən zərərin miqdarını açıqlayıb. Məlum olub ki, iğtişaşlar Türkiyə büdcəsinə ümumilikdə 140 trilyon türk lirəsi dəyərində ziyan vurub. Buraya turizm sahəsinə dəyən zərər daxil edilməyib.

Onu da qeyd edək ki, hadisələr zamanı 291 iş yeri tamamilə dağıdılıb, 271 şəxsi avtomobil aksiyaçılar tərəfindən yandırılıb,116 polis maşını və 41 təxili tibbi yardım avtomobili yararsız hala salınıb. Eyni zamanda Ədalət və İnkşaf partiyasına aid olan 14 partiya binası yandırılıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti