Braziliyada 200 minlik etiraz – FOTOLAR, VİDEO

Braziliyada 200 minlik etiraz  – FOTOLAR, VİDEO
  18 İyun 2013    Oxunub:1297
Braziliyanın böyük şəhərlərinin küçələrində 200 min insan yürüş edib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, etirazlar ictimai nəqliyyatda gediş haqqının artırılması və dövlət büdcəsinin 2014-cü il Futbol çempionatına xərclənməsi səbəbindən baş verib. Ən böyük nümayiş Rio de-Janeyro şəhərində baş verib. Yürüşdə 100 min insan iştirak edib.

Paytaxt Braziliyada etirazçılar Milli Konqres binasına hücum ediblər.

Braziliyanın digər böyük şəhərlərindən biri San Pauloda 65 min nəfər küçədə nümayişə çıxıb.

Qeyd edək ki, bu, Braziliya tarixində 20 il ərzində baş verən ən böyük nümayişdir.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti