Daşqınlarda ölənlərin sayı artır - VİDEO

Daşqınlarda ölənlərin sayı artır - VİDEO
  18 İyun 2013    Oxunub:1396
Hindistanda güclü yağışların və torpaq sürüşməsinin nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, təkcə Uttaraxand ştatında 40 nəfər ölüb. Ştatdakı 150 binaya ziyan dəyib.

Ziyarətgahlara gedən 6 min zəvvar zərər çəkib. Kinnaur rayonunda 10 nəfər torpaq sürüşməsindən həlak olub.

Uttaraxand ştatının rəsmiləri bildiriblər ki, 7 nəfər itkin düşüb, çoxlu sayda avtomobil və helikopteri daşqın aparıb. Təxminən 45 nəfər regionun müxtəlif ərazilərindən helikopterlə xilas edilib.

Rəsmilərin sözlərinə görə, bir neçə ştatda güclü yağışlar davam edir. Qanq çayında suyun səviyyəsi təhlükəli həddə çatıb.



AzVision.az


Teqlər:





Xəbər lenti