Prezident xalqa səsləndi

Prezident xalqa səsləndi
  17 İyun 2013    Oxunub:1299
İranın yeni seçilmiş prezidenti Həsən Ruhani televiziya vasitəsilə xalqa səslənib.
Bütün iranlıları ona dəstək olmağa çağıran Ruhani bir daha bildirib ki, seçki öncəsi verdiyi bütün vədlərə əməl edəcək. İlk növbədə xalqın və dövlətin rifahını yaxşılaşdıracağını deyən qalib İran tarixində yeni səhifənin açıldığını qeyd edib. Xalq isə belə görünür ki, nəticələrdən razıdır. Rəqəmlərin açıqlanmasından sonra küçələrə çıxan islahatçı qanadın nümayəndələri ötən gecə də evlərinə qayıtmayıb.

Onlar bu anı 2009-cu ildən gözlədiklərini dilə gətirərək, yeni prezidentə inandıqlarını bildiriblər. Onu da qeyd edək ki, İran küçələri son 10 ildə ilk dəfədir ki, şənliklərə şahidlik edir.


Teqlər:  





Xəbər lenti