ATƏT-in sədri MQ həmsədrlərilə görüşdü

ATƏT-in sədri MQ həmsədrlərilə görüşdü
  15 İyun 2013    Oxunub:1321
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub
AzVision.az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. Həmsədrlər ATƏT sədrini münaqişəsinin nizamlanmasına dair Baza Prinsipləri ilə bağlı aparılan danışıqların aktual vəziyyəti, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə keçirdikləri görüşlərin nəticələri barədə məlumatlandırıb. Danışıqlar zamanı ATƏT sədrinin Azərbaycana və Ermənistana səfərinin vaxtı barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti