Suriya III Dünya Müharibəsini alovlandırır?

Suriya III Dünya Müharibəsini alovlandırır?
  14 İyun 2013    Oxunub:2024
Suriya böhranı vətəndaş müharibəsi kimi görünə bilər, əslində ölkədə insanların çoxu xəritədə yerləşmək üçün mübarizə aparır.
AzVision.az The Daily Mail-ə istinadən məlumat verir ki, Suriyadakı münaqişə Yaxın Şərqdə sürətlə sünni və şiə müsəlmanları arasında məzhəb müharibəsinə çevrilib.

Suriyadakı münaqişə nəticəsində 93 min nəfər ölüb, 1,6 milyon qaçqın düşüb və milyonlarla insan yurdsuz qalıb.

Münaqişə 2011-ci ildə prezident Bəşər Əsədə qarşı dinc etirazla başlayıb. Tunis, Liviya və Misir prezidentlərinin hakimiyyətdən devrilməsindən qorxaraq Suriya prezidenti Bəşər Əsəd üsyana son qoymaq üçün tank və silahlardan istifadə edir. Nəticədə isə yanğını daha da alovlandırır.

Müxalifət silahlı üsyançılara çevrilib və nəticədə məzhəb münaqişəsi yaranıb. Bir tərəfdə Bəşər Əsədi dəstəkləyən şiə müsəlmanları, digər tərəfdə Əl-Qaidə ilə əlaqəsi olan sünnilər dayanır. Vəhşiliyin səviyyəsi isə dəhşətlidir. Təkcə bu həftə Şərqi Suriyada üsyançılar tərəfindən 60 şiə müsəlmanı öldürülüb.

Dini qarşıdurma nəticəsində yaranan Suriya münaqişəsi dünya dövlətlərini cəlb edib. Əsəd, müttəfiqi İran və terrorçu qrup Hizbullah tərəfindən dəstəklənir. Beləki İranın İnqilabi Qvardiyası, Hizbullahın 5-8 min döyüşçüsü Suriyaya yardım edir.

Üsyançılar isə Qətər və Səudiyyə Ərəbistanı kimi sünni ölkələri tərəfindən pul və silahla təmin olunur.

NATO dövlətləri üsyançıları dəstəkləsələr də, Rusiya və Çin Əsədə yardım edir.

Rusiya və Çin Qərb dövlətlərinin hiyləsinə düşdüklərini hiss edirlər. Buna görə də, onlar Liviya rəhbəri Qəddafinin aqibəti kimi, Əsədin devrilməsini və ya öldürülməsini istəmirlər.

Buna görə də Suriya bütün regiona öz mənfi təsirini göstərir. Dünya dövlətləri isə bu münaqişədə özlərini sudan quru çıxarmağa çalışır.

AzVision.az


Teqlər:





Xəbər lenti