BMT-dən ilk müharibə qərarı

BMT-dən ilk müharibə qərarı
  14 İyun 2013    Oxunub:1176
Təhlükəsizlik Şurası Konqo qiyamçıları ilə mübarizə aparmaq üçün yekdilliklə qəbul etdiyi səsvermədən sonra BMT tarixdə ilk dəfə müharibə edəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Təhlükəsizlik Şurası Konqodakı üsyana müdaxilə etmək barədə qərar verdikdən sonra, BMT 3 min əsgərdən ibarət qoşununu oraya yeridəcək. Konqoda illərdir qanunsuzluq hökm sürür və vətəndaş müharibəsi davam edir. Bəzi döyüşlər ölkənin təbii sərvətləri – qızıl, mis, almaz, koltan (mobil telefonlarda istifadə olunan mineral) üzərində gedir.

Qeyd edək ki, BMT ilk dəfə tarixdə özü döyüşçü qüvvələrini idarə edəcək. Qüvvələr quru və hava qoşunlarından ibarətdir. BMT-nin bu cəhdi Rusiya və Çin tərəfindən müsbət qarşılanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti