Türkiyədə indi də kütləvi tətil başladı

Türkiyədə indi də kütləvi tətil başladı
  14 İyun 2013    Oxunub:1142
Türkiyənin Həmkarlar İttifaqları “Gezi parkına polis müdaxilə edərsə 240 min üzvünün tətilə çıxacağını” bəyan edib.
İstanbulda Həmkarlar İttifaqlarının 40 min üzvü tətilə çıxıb. Yerli vaxtla saat 21:00-dan başlayaraq başda İstanbul olmaqla, Türkiyənin demək olar ki bütün şəhərlərində dövlət işçiləri nümayişlərə qatılacağını bəyan edib. Polis müdaxilə edərsə, onlar şəhərin mərkəzi meydanına yürüş edəcəklərini söyləyiblər. Tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bəyan ediblər. Həmkarlar İttifaqları bütün dövlət işçilərini - gəncləri, qadınları, təqaüdçüləri onları dəstəkləməyə çağırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti