Küveyt İran mallarını boykot etdi

Küveyt İran mallarını boykot etdi
  12 İyun 2013    Oxunub:2899
Küveytin bir sıra supermarketlər şəbəkəsində İran malları boykot edilib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, boykot İranın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsinə qarşı etiraz əlaməti olaraq edilib.

Küveytin 50 kooperativindən doqquzu boykot elan edib. Onlar ümid edirlər ki, digər kooperativlər də tezliklə onlara qoşulacaq. Boykot İrandan Küveytə gətirilən balıq və digər ərzaqlar daxil olmaqla 1200 mala aid edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti