Taksimdə “erməni genosidi”nə abidə ucaldılacaq

 Taksimdə “erməni genosidi”nə abidə ucaldılacaq
  11 İyun 2013    Oxunub:1475
“Dur de”: Taksim meydanında “erməni genosidi”ni əbədiləşdirəcək abidə qoymaq niyyətindəyik.
“1919-cu ildə Taksim meydanında “erməni genosidi” abidəsi olub. Həmin abidə “erməni soyqırımı” baş verəndən 4 il sonra qoyulmuşdu, ancaq 1940-ci ildə söküldü”. “ Rasizmə və millətşiliyə yox deyək” (Dur de) qeyri-hökumət təşkilatının təmsilçisi Cengiz Alqan belə deyib.

Adı türk adı olsa da böyük ehtimalla damarlarında erməni qanı axan Alqan və ətrafındakı təxribatçılar Türkiyədəki qarmaqarışıqlıqdan istifadə edərək həyasızcasına “Biz köhnə abidənin yerində yenisini inşa edəcəyik. Keçmişi unutmaq olmaz”-deyir. Alqan bildirib ki, ermənilərə qarşı soyqırım törədilib, lakin sağ qalan on minlərlə erməni, bu torpaqlarda yaşayan əcdadlarının faciəsini sübut etməyə çalışır.Təbii ki yenə ermənisayağı üsullarla-Beynəlxalq ictimayyəti yalanlarla,uydurma tarixi faktlarla çaşdırmaqla.

Ermənilər iddia edir ki, Taksimin və “Gezi” parkını tarixi 16-cı əsrin ortalarından, Sultan Süleyman Qanuninin dövründən başlayır. İddialara görə, sultan Süleymanın aşbazı milliyyətcə erməni Manuk Karasaferyan Süleyman Qanuniniyə qarşı sui-qəsd hazırlandığını xəbər verərək onu ölümdən qurtarır. Bunun əvəzində isə sultan erməni icmasına indiki Taksim meydanı yerləşən ərazini hədiyyə edir. Ermənilər həmin ərazini qəbristanlıq kimi istifadə edirlər.

1872-ci ildə sözügedən ərazi hərbi anbara təhvil verilmək məqsədilə ermənilərdən geri alınır. Buna baxmayaraq Sultan Əbdül –Əziz buna imkan vermir. 1940-cı ildə Mustafa Kamal Atatürkün dövründə ərazi yenidən ermənilərdən geri alınır və erməni qəbirlərinin üstündə “Gezi” parkı salınır.

Belə görünür ki, Türkiyədə baş verən kütləvi etirazlar da ermənilərin başının altından çıxıb. Ən azından ara qarışdıranların içində onlar da var. Ortaya atdıqları iddialar belə deməyə əsas verir. Bir müddət əvvəl türk polisindən üzr istəyən etirazçılar özləri də aralarında təxribatçıların olduğunu təsdiq etdilər. Elə bilməyin ki, mənfur ermənilər Gezi Parkı söküləcək deyə guya bir-iki əcdadının ruhunun “narahat” olacağının hayındadırlar. “Keçidən bir tük qoparmaq da qənimətdir” siyasəti ilə onlar hər yerdə öz çıxarlarını güdürlər, qondarma genosidlərini ortaya ataraq , ərazi davası çəkirlər. Bizm torpaqları işğal etmək azmış kimi Taksim və ətraf ərazilərin erməni torpağı olduğunu iddia edirlər. Əgər belədirsə, o torpaqları onlara bir türkün bağışladığını bilərəkdən unudurlar.

Göründüyü kimi “Taksim sandığı”nın içindən də erməni çıxdı. Ehh...türk qardaşlarımız səkkiz ağacın kəsilməsinin hayına qalmaqda olsun, Ermənilər isə Həmin 8 ağac da daxil olmaqla Gezi parkı,Taksim meydanı, İstanbul da daxil olmaqla “Böyük Ermənistan” yaratmaq həvəsində...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti