G8 ölkələrinin sammiti keçiriləcək

G8 ölkələrinin sammiti keçiriləcək
  11 İyun 2013    Oxunub:1015
Sammit İyunun 17-18-də Şimali İrlandiyanın Fermanagh rayonunda keçiriləcək
İyunun 17-18-də Şimali İrlandiyanın Fermanagh rayonunda G8 ölkələrinin sammiti keçiriləcək.

Yanvar ayından etibarən G8 ölkələrinə başçılığı Böyük Britaniya bir illik müddətə öz üzərinə götürüb.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya , ABŞ və Birləşmiş Krallıq liderləri sammit çərçivəsində bir araya gələcəklər.

Baş nazir Devid Kameron dünyada tərəqqi, rifah və iqtisadi inkişaf üçün vacib olan 3 məsələni əsas müzakirə mövzusu olaraq müəyyən edib. Bunlar ticarəti inkişaf etdirmək, vergi uyğunluğunu təmin etmək və şəffaflığa təşviq olaraq sıralanır.


Teqlər:





Xəbər lenti