Kadırov Suriya münaqişəsində Qərbi ittiham etdi

Kadırov Suriya münaqişəsində Qərbi ittiham etdi
  11 İyun 2013    Oxunub:1378
Çeçenistan prezidenti Ramzan Kadırov Suriya münaqişəsində Qərb ölkələrini ittiham edib.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Kadırov Suriya münaqişəsini “Qərbin xüsusi xidmət orqanlarının sifarişi” adlandırıb və onları ölkədə baş verən vətəndaş müharibəsində ittiham edib.

Kadırovun sözlərinə görə, Suriyaya əsasən “Avropanın uğursuz ailələrinin övladları” yalnız bir məqsədlə - “soyğunçuluq və zorakılıq” etmək üçün gəlir. Prezident faktları yada salaraq söyləyib ki, “müxalifət quldurları” isteza ilə “Məhəmməd peyğəmbərin tərəfdarlarının qəbirlərini” təhqir edib və məscidləri dağıdıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti