Polis Taksimə girdi - CANLI YAYIN

Polis Taksimə girdi - CANLI YAYIN
  11 İyun 2013    Oxunub:1020
Türk polisi səhər saatlarında iki həftədir etirazların davam etdiyi Taksim meydanına daxil olub.
İstanbulda polis bölmələri səhər saat 10:00 radələrində aksiyaçıların toplaşdığı Taksim Meydanına daxil olub. Aksiyaçılarla Gümüşsuyunda qarşılaşan polis qüvvələri gözyaşardıcı qaz və plastik mərmilərlə müdaxilə edib. Şüarlar səsləndirən aksiyaçılar qurduqları barrikadaların arxasında polisə daş atır, gərginlik hər keçən dəqiqə artır.

Polis və İstanbul valisi Hüseyn Avni Mutlu Gəzinti parkına və içərisindəki aksiyaçılara toxunmayacağını, məqsəd yalnız Atatürk Mədəniyyət Mərkəzi və Atatürk heykəlinin ətrafının təmizlənməsi olduğunu desə də nümayişçilər geri çəkilməyib.

Hadisələri buradan canlı izləyə bilərsiniz.


Teqlər:  





Xəbər lenti