Türkiyədə kütləvi həbslərə başlanılıb

Türkiyədə kütləvi həbslərə başlanılıb
  11 İyun 2013    Oxunub:1148
İnternet vasitəsilə əhalini iğtişaşlara cəlb edən 25 nəfər saxlanılıb.
Daha 14-ü barəsində axtarış aparılır. Ankarada hökumət, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkədəki mövcud vəziyyəti müzakirə edib. Maraqlıdır ki, toqquşmaların başlandığı İstanbulda etirazlar yavaş-yavaş səngisə də, paytaxtda bunun tam əksi baş verir.

Buna Ərdoğanın nümayişçiləri vandal və soyğunçu adlandırması səbəb olub. Baş nazir bəyan edib ki, bir qrup soyğunçunun istəyi ilə postunu tərk etmək niyyətində deyil. Bundan başqa, o, tərəfdarlarını cavab nümayişi keçirmək üçün küçələrə çıxmağa çağırıb. Elə müxalifət də həftəsonuna irimiqyaslı mitinq keçirməyə hazırlaşır.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti