Yaponiya Suriyaya yardım göstərəcək

Yaponiya Suriyaya yardım göstərəcək
  11 İyun 2013    Oxunub:1262
Yaponiya Suriyanın müxalifət qüvvələrinə humanitar yardım göndərəcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Şuqa bildirib.

Baş katib söyləyib ki, hazırda Suriyaya yardım göstərilməsi barədə müzakirələr davam edir. Yaponiya elə etməyə çalışır ki, göstərilən yardım hərbi məqsədlərlə istifadə olunmasın. Humanitar yardıma dərman, içməli su, ərzaq, avtomobil və generatorlar daxildir.

Qeyd edək ki, Yaponiya Suriyada dövlət əleyhinə çıxan müxalifəti tanısa da, bu vaxta kimi onlara yardım göstərməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti