Kürdlər kompensasiya tələb edir

Kürdlər kompensasiya tələb edir
  11 İyun 2013    Oxunub:1445
1988-ci ildə Hələbcə kürd şəhərində qaz hücumundan əziyyət çəkən iyirmi İraq kürdü Fransa hökumətindən kompensasiya tələb edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, kürdlər Fransa hökumətindən tələb edir ki, Səddam Hüseyni kimyəvi silah istehsalı üçün maddələrlə təchiz edən şirkətləri araşdırsın.

Etirazçıların vəkili Qavriel Merone bildirib ki, eyni cür tələblə ABŞ, Almaniya, Niderland və digər ölkələrinə də müraciət ediləcək. Həmin ölkələrin şirkətləri İraqa silah hazırlanması üçün kimyəvi maddə satmaqda ittiham olunur.

Etirazçılar iddia edirlər ki, həmin ölkələr İraqda baş verən hadisələrdə məsuliyyətlidirlər. Onlar ən azından Səddam Hüseyn hökumətinin kimyəvi maddələri nə üçün aldığından xəbərdar olublar. Ona görə də kürdlər ən yaxşı Avropa klinikalarında ödənişsiz müalicə olunmaları üçün kompensasiya tələb edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti