Instagrama qarşı tələb

Instagrama qarşı tələb
  11 İyun 2013    Oxunub:1414
ABŞ-da bir qrup valideynlər Facebook sosial şəbəkəsinə müraciət edərək Instagram fotoservisində məkanın müəyyən edilməsi (geolokasiya) proqramını ləğv etməyi tələb ediblər.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, valideynlər söyləyirlər ki, Instagramda qeydiyyatdan keçən azyaşlılar şəkil yükləyərkən onların olduqları yerin həmin servisdə qeydiyyata düşməsinə əhəmiyyət vermirlər. Beləki, şəkilin müəllifi və ünvanı barədə bütün məlumatlar gizli saxlanılmır.

Valideynlər azyaşlı övladlarının təhlükədə olmasından narahatdırlar. Onların olduğu məktəb, ev və ya getdikləri məkanın ünvanları istənilən internet istifadəçilərinin üzünə açıqdır. Ona görə də, onlar Instagram servisinin aid olduğu Facebook sosial şəbəkəsindən azyaşlıların yerlərinin aşkara çıxmaması üçün proqram tətbiq etməyi tələb edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti