Ümrə ziyarəti üçün vizanın müddəti azaldıldı

Ümrə ziyarəti üçün vizanın müddəti azaldıldı
  09 İyun 2013    Oxunub:3581
Ümrə ziyarətinə gedənlərin vizasının müddəti 2 həftə olacaq
Səudiyyə Ərəbistanın Həcc Nazirliyi Kəbə ətrafında aparılan təmir işləri əlaqədar Ümrə ziyarətinə gedənlərin vizasının müddətini həftəlik edəcəyini açıqlayıb. AzVision.az xəbər verir ki, nazirliyin ölkə daxilində eləcə də xaricində turizm şirkətlərinə göndərdiyi məlumatda bildirilib ki, bu sabahdan etibarən həyata keçiriləcək. Xüsusilə də, Ramazan ayında ümrə ziyarətinə gələnlərin sayında çox böyük artım olduğu üçün bu qərarın verildiyi öyrənilib.

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi də Ramazan və həcc dövrü üçün hazırlıqların davam etdiyini bildirib. Qeyd olunub ki, 21 xəstəxana və 154 sağlıq mərkəzində 20 min səhiyyə işçisi əhaliyə xidmət göstərəcək.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti