Pamuk ölkəsi üçün narahatdır

Pamuk ölkəsi üçün narahatdır
  08 İyun 2013    Oxunub:1180
İtaliyada “La Repubblica” qəzetinin təşkil etdiyi “Fikirlərin Cumhuriyyəti” festivalına qatılan və çıxış edən Nobel laureatı Orhan Pamuk son günlər davam edən aksiyalarla bağlı sualları cavablandırıb.
“Türkiyə çox önəmli bir mərhələdən keçir. Bu gün ölkəm üçün çox narahatam və hadisələri ürək ağrısı ilə izləyirəm. Aksiyaçılarla hökumət arasında razılıq əldə edilməsi istiqamıtində heç bir müsbət siqnal olmadığı üçün də çox məyusam”,-deyə yazıçı bildirib.

Türkiyədə aparılan siyasət və söz azadlığının bugünkü durumundan narazı olduuğunu deyən Pamuk, İstanbullu olduğunu da vurğulayaraq deyib : “İstanbulda yaşayan hər kəsin o meydanla bağlı unudulmaz xatirələri var. O insanları anlayır və bağrıma basıram. Məncə, hökumətin belə bir həssas yerdə, ağacları məhv edərək alış-veriş mərkəzi tikmək istəyi olduqca yalnışdır. Digər tərəfdən axı, Taksimin siyasi tutumu da olduqca böyükdür. Ümid edirəm ki, bu məsələ xoşluqla bitəcək”.

Sonda Orhan Pamuk hökumətin yumşaq davranacağına və nəticə əldə ediləcəyinə ümid etdiyini deyib. “Hamımızın bir istəyi var- Taksimi xilas etmək. Taksim haqqında qərar təkbaşına verilməməlidir. Nümayişçilərin mövqeyinə hörmətlə yanaşıram və bütün dünya da onları dəstəkləyir”,-deyə Pamuk əlavə edib.

AzVision.az





Teqlər:





Xəbər lenti