Şimali və Cənubi Koreya danışıqlar aparacaq

Şimali və Cənubi Koreya danışıqlar aparacaq
  08 İyun 2013    Oxunub:1292
Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların vaxtı və yeri məlum olub.
AzVision.az CNN-ə istinadən məlumat verir ki, danışıqlar Keson ortaq sənaye müəssisəsinin yenidən açılması barədə olacaq. Eyni zamanda, danışıqlar iki Koreya dövləti arasında gərginləşən münasibətlərin bərpa olunmasına işarədir.

Hər iki tərəfin iştirak etdiyi görüş nazirlik səviyyəsində hazırlanıb. Danışıqlar sərhəd şəhəri olan Panmuncomda iyunun 9-da başlayacaq və iyunun 12-də Seulda baş tutacaq. Qeyd edək danışıq təklifi Şimali Koreya tərəfindən gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti