Harri Kasparov Rusiyanı tərk edir

Harri Kasparov Rusiyanı tərk edir
  07 İyun 2013    Oxunub:2199
“Həyatım təhlükə altındadır”.
Vlamirin Putinin idarəçiliyinin əleyhinə olan keçmiş dünya şahmat çempionu Harri Kasparov Rusiyanı tərk edəcək. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Q.Kasparov bildirib ki, Kreml rejimi onun rahat yaşamasına mane olur.

“Rusiyada idarəçiliyə qarşı müxalif olanların sona kimi yaxasının buraxılmadığını başa düşdüm. Təhlükəsizliyimə hədələr var, həyatım təhlükə altındadır. Ona görə də, Rusiyanı tərk etmək qərarı vermişəm”-deyə, məşhur şahmat ustası qeyd edib.

Qeyd edək ki, Qari Kasparov "Birləşmiş vətəndaş cəbhəsinin" və “Solidarnost” müxalifət hərəkatının yaradıcılarından biridir.

H.Kasparov 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti