CİA şefi xəbərçilik edirmiş

CİA şefi xəbərçilik edirmiş
  06 İyun 2013    Oxunub:1219
MKİ-nin sabiq direktoru Leon Panetta kənara məlumat sızdırmaqda günahlandırılır.
ABŞ mərkəzi kəşfiyyat idarəsinin sabiq direktoru Leon Panetta Əl Qaidə lideri Usama Bin Ladeninin zərərsizləşdirilidiyi əməliyyatla bağlı gizli məlumatları «Hədəf nömrə 1» filminin ssenari müəllifinə ötürməkdə təqsirləndirilir.

AzVision.az xəbər verir ki, Pentaqon tərəfindən hazırlanan məruzədə Leon Panettanın əməliyyata rəhbərlik edən komandirin adını söylədiyi bildirilir. O, bu adı 2011-ci il iyunun 24-də Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahında əməliyyat iştirakçılarının mükafatlandırılması mərasimində açıqlayıb. Onun filmin ssenari müəlllifinin həmin mərasimdə zalda olduğunu bilib-bilmədiyi isə məlum deyil.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti