Syuzan Rays Obamanın məsləhətçisi oldu-FOTOLAR

Syuzan Rays Obamanın məsləhətçisi oldu-FOTOLAR
  06 İyun 2013    Oxunub:1474
ABŞ prezidenti S.Raysı təhlükəsizlik məsələləri üzrə məsləhətçi təyin edib.
Prezident Obama həmçinin, insan hüquqları üzrə araşdırmaçı və Ağ evin keçmiş məsləhətçisi Samanta Pauerin ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb.

42 yaşlı Samanta Pauerin yeni vəzifəyə namizədliyini Senat təsdiq etməlidir.

Raysın yeni vəzifəsinə təyinatını isə Senatın dəstəkləməsi vacib deyil. Hazırki məsləhətçi Tom Donilonun öz postunu iyulda , Obamanın Afrika və Avropaya səfərindən sonra tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, analitiklər Syuzan Raysı Obamanın yaxın siyasi məsləhətçisi hesab edirlər.

AzVision.az Raysın həyat və fəaliyyəti ilə bağlı fotoları təqdim edir.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti