“Ərdoğanı qarşılamağa getməyin”

“Ərdoğanı qarşılamağa getməyin”
  06 İyun 2013    Oxunub:1208
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Hüseyin Çelik, baş nazirin Atatürk Havalimanında izdihamla qarşılanması iddiasına münasibət bildirib.

AzVision.az Türkiyənin “Vətən” qəzetinə istinadən xəbər verir ki, nazir müavini bildirib ki, Ərdoğanın nümayişə ehtiyacı yoxdur, onu qarşılamağa heç kəs getməsin.

H.Çelik həmçinin vətəndaşları diqqətli olmağa da çağırıb:

"Ədalət və İnkişaf Partiyasının üzvlərinə səslənirəm. Heç kim vəziyyətdən sui- istifadə edib, baş naziri qarşılamağa getməsin. Hörmətli Baş nazirin buna ehtiyacı yoxdur. Partiyanın tərəfdarları ilə digər vətəndaşlar arasında qarşıdurma istəmirik. İnsanın həyatından önəmli heç nə ola bilməz”.
AzVision.az



Teqlər:  





Xəbər lenti