Dünyanın ən böyük pilotsuz təyyarə ixrac edən ölkəsi

Dünyanın ən böyük pilotsuz təyyarə ixrac edən ölkəsi
  06 İyun 2013    Oxunub:1469
İsrailin mərkəzində sensor, kamera və lazerlərlə təchiz edilmiş böyük pilotsuz təyyarə anqarı yerləşir. Pilotsuz təyyarələr tez-tez tənqid olunsa da, İsraildə onlar qürur mənbəyi hesab olunur.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, İsrail pilotsuz təyyarə istehsal edən ilk ölkələrdən biri hesab olunur. ABŞ-ın “Frost and Sullivan” şirkətinin hesabatına görə, bu il İsrail ən çox pilotsuz hava sistemləri ixrac edən ölkə olub. Hesabatda göstərilir ki, 2005-2012-ci illərdə İsrail təyyarə, əməliyyat və idarəetmə sistemi daxil olmaqla 4,6 milyard dollar dəyərində pilotsuz sistem ixrac edib. İsraillə müqayisədə həmin dövrdə ABŞ xarici ölkələrə 2-3 milyard dollar dəyərində hava sistemi satıb.

İsrailin ixrac olunan pilotsuz hava sistemləri hücum məqsədi ilə deyil, daha çox nəzarət üçün istifadə olunur.

Ekspertlər hesab edirlər ki, İsrail regionda pilotsuz sistemlərdən mütəmadi olaraq istifadə etdiyi üçün, bu, ölkənin əsas sənaye məhsuluna çevrilib.

AzVision.az


Teqlər:





Xəbər lenti