Dövlət Baxçalı MHP-li deputatlara qadağa qoydu

Dövlət Baxçalı MHP-li deputatlara qadağa qoydu
  06 İyun 2013    Oxunub:1320
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı adı çəkilən partiyanın millət vəkillərinə qadağa qoyub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, partiya sədri Gezi Parkında iştirak edən millət vəkillərinə xəbərdarlıq edib. O, bildirib ki, bu aksiyaya əvvəldən narazıdır və meydanda ülkücü yoxdur, olmayacaq.

Dövlət Baxçalı MHP-li millət vəkillərinə və ülkücü gənclərə çağırış edərək bildirib ki, həmin aksiyalara getməsinlər. Onun sözlərinə görə, kim gedib aksiyada etirazçılarla bir yerdə olmaq istəyirsə, istefa versin.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti