Ərdoğanın saytı dağıdıldı

Ərdoğanın saytı dağıdıldı
  05 İyun 2013    Oxunub:1833
Anonymous haker qruplaşması Türkiyənin hökümət saytını dağıdıb və gizli informasiyaları əldə edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından serverdən qeydiyyatda olan elektron ünvanlar və parollar oğurlanıb, basbakanlik.gov.tr ünvanına giriş məhdudlaşdırılıb.
Bu barədə xaker qruplaşmasının rəsmi twitter səhifəsində məlumat verilib.

Anonymous kiber hücumu Suriya elektron ordusu ilə müştərək reallaşdırıb.
Qeyd edək ki, saytın dağıdılması barədə məlumatı Türkiyənin ən böyük xaker qruplaşmalarından olan “RedHak” yayıb.

Elektron hücum zamanı ələ keçirilən məlumatların hələki internetdə yerləşdirilmədiyini deyən qrup üzvləri bidlirib ki, “əgər hücumla bağlı şübhəsi olanla varsa, həmin məlumatları internetdə yayımlamağa hazırıq”.

Mirvari


Teqlər:  





Xəbər lenti