Metroda yanğın : 31 yaralı - VİDEO

Metroda yanğın : 31 yaralı - VİDEO
  05 İyun 2013    Oxunub:1530
Rusiyanın paytaxtı Moskvada metroda yanğın baş verib
AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir ki, yanğın iki stansiya - “Lenin adına kitabxana” və “Oxotnıy ryad” stansiyaları arasında tuneldə baş verib. Yanğının baş verməsinə səbəb yüksək gərginlikli elektrik kabelinin partlaması olub.

Yanğından zərər çəkən 31 nəfərə həkim müdaxiləsi edilib, 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 4 min 500 nəfər evakuasiya olunub.

“Oxotnıy Ryad”, “Lubyanka” və “Komsomolskaya” stansiyalarına giriş bağlanıb.



AzVision.az



Teqlər:  





Xəbər lenti