Qarabağ Rusiya-AB sammitində müzakirə olunub

Qarabağ Rusiya-AB sammitində müzakirə olunub
  04 İyun 2013    Oxunub:1223
Toplantıda Rusiya nümayəndə heyətinə prezident Vladimir Putin rəhbərlik edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Yekaterinburqda keçirilən Rusiya-Avropa İttifaqı sammitində də müzakirə olunub. Toplantıda Rusiya nümayəndə heyətinə prezident Vladimir Putin rəhbərlik edir. Avropa İttifaqını qurumun prezidenti Herman Van Rompuy və Avropa komissiyasının sədri Joze Manuel Barrozo təmsil edir.

Görüşdə Rusiya ilə Avropa İttifaqı arasında yeni baza sazişinin imzalanması, qarşılıqlı ticarət, hava nəqliyyatı sahəsində əməkdaşlıq və qısa müddətli səfərlər üçün vizasız rejimin tətbiqi məsələsi də nəzərdən keçirilib. Dağlıq Qarabağ münaqişəsinə toxunan qurumun prezidenti problemin nizamlanması üçün danışıqların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.


Teqlər:  





Xəbər lenti