Ərdoğanın adından üzr istədi

Ərdoğanın adından üzr istədi
  04 İyun 2013    Oxunub:1354
Türkiyənin baş nazirinin müavini Bülent Arınç Taksim gəzinti parkındakı aksiyaların ilk günü nümayişçilərə qarşı törədilən zorakılığa görə xalqdan üzr istəyib.
AzVision.az Milliyət qəzetinə istinadən xəbər verir ki, ölkənin hər bir vətəndaşının hökümət olduğunu deyən Arınç, bu günə kimi, hər məsləyə necə həssaslıqla yanaşılıbsa , bu baş verənlərə də o cür həssaslıqla yanaşdıqlarını vurğulayıb.
Biz özümüz özümüzə hesabat veririk, buna heç kimin şübhəsi olmasın-deyə Bülent Arınç Baş nazir Rəcəb Tayyib Ərdoğanın da bu fikirdə olduğunu dilə gətirib.

“Hər kəs bizi təqdir etmək məcburiyyətində deyil. Bizi təqdir etməyənlərin də fikirlərinə münasibət bildirməyə hazırıq. Hər kəs əlbəttə bizə səs vermək məcburiyyətində deyil. Amma biz, bizə səs verməyənlərin də tələb və gözləntilərinə qarşı eyni həssaslıqla yanaşırıq”.

Bülent Arınç vurğulayıb ki, hər bir vətəndaşımızın məsuliyyəti bizim üzərimizdədir və demokratik qanunlar çərçivəsində bütün reaksiyalara, bütün tələblərə sonuna qədər mübarizə aparmağa hazırıq. Bir şərtlə ki, zorakılıq olmasın!

Arınçın sözlərinə görə, bu hadisələr Türkiyənin nüfuzuna xələl gətirir. Aksiyalarda yaralanan çoxlu sayda yaralılar var. Bir nəfər həyatını itirib. Bunun baş verməməsi üçün çox əlləşib-vuruşduq, amma istəməsək də bunlar baş verdi.

"Bu günə kimi, aksiyaları səbirlə izləyən Vətəndaşlarımızdan daha çox səbir və anlayış gözləyirik.
Ana və atalardan uşaqlarını bu xaotik mühitə itələmək istəyənlərə qarşı, liseydə, məktəblərdə, universitetlərdə bu xaotik durumun bir parçası halına gətirmək istəyənlərə qarşı diqqətli olmağa çağırırırq. Türkiyədə yaşayan hər bir kəsin ölkədəki durumu qarışıq, xaotik və ölkəmizə zərər yetirə biləcək hər hansı bir nöqtəyə çatdırmaması vacibdir və bu səbəbdən vətəndaşlarımızdan hörmət, anlayış, və fədakarlıq gözləyirik. -deyə Arınç xüsusilə qeyd edib.

“Xalqımızın fikir dolaşıqlığını aradan qaldırmaq üçün, məlumatlandırılmağa ehtiyacı olduğunu düşünürəm. Bu mövzuda iddiası olan səlahiyyətliləriylə də bu gün və sabah görüşəcəyəm. Onların tələblərini və düşüncələrini də nəzərə almaq lazımdır. Onların hadisələrə hansı tərzdə baxdığını bilmək, onları dinləmək lazımdır”.

Arınç onu da vurğulayıb ki, polislər, ağır bir vəzifə yerinə yetirirlər. Və vəzifələrini yerinə yetirərkən,bəzən zorakılığa əl ata bilirlər. Ancaq belə bir qərara gəlmişik. Qarşı tərəfdən artıq bir hərəkət olmadığı təqdirdə, heç bir polis səlahiyyətlisi zorakılığa yol verə bilməz. Saatlarla, səbirlə gözləmək məcburiyətində qalsalar belə...

Hökumət səlahiyyətlisi onu da vurğuladı ki, polislərə bibər qazından istifadə etməmələri barədə təlimatlar verilib. Bir halda, polis öz canını itirmək təhlükəsi ilə üz-üzə qalarsa, bibər qazından istifadə edə bilər.



Mirvari



Teqlər:  





Xəbər lenti