Ermənistanın yazıçısı mükafatından imtina etdi

Ermənistanın yazıçısı mükafatından imtina etdi
  04 İyun 2013    Oxunub:987
Yazıçı bunu ölkə hakimiyyətinin xalqı rəzil günə qoyması ilə əlaqələndirib
Ermənistanın tanınmış yazıçısı Levon Keşayan ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq dövlət tərəfindən ona verilən mükafatı almaqdan imtina edib.

Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik “Ermənistan xəbərləri” jurnalındakı məqalədə yazıçının vətən qarşısındakı xidmətlərinə görə ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, Levon Keşoyan təqdimat mərasiminin keçirildiyi rezident sarayına gəlməməklə tədbiri baykot edib.

Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı xoşagəlməz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, xeyli sayda erməninin doğma vətənini tərk edərək xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq belə bir addım atıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti