Siz deyin, o yazsın!

Siz deyin, o yazsın!
  03 İyun 2013    Oxunub:1333
Azərbaycan dilində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilib
Siz Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc nitqin tanınması sistemi istifadəyə verilib.

Sistemin köməyi ilə kompüterə mətn daxil edilərkən sözləri klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir, sistem avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram klaviaturada mətni yığmaqla müqayisədə bir neçə dəfə sürətlidir.

Sistemin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Dilmanc layihəsi çərçivəsində başlanılmışdır. Sistemə keçid - https://azvision.az/redirect.php?url=http://dilmanc.az/asr. Yaxşı nəticə üçün proqram keyfiyyətli mikrofon tələb edir. Bundan başqa, sistem hələlik mətbuatyönümlü mətnləri daha yaxşı tanıyır.

AzVision.az


Teqlər:  





Xəbər lenti