Suriya vətəndaşlarını Türkiyəyə buraxmır

Suriya vətəndaşlarını Türkiyəyə buraxmır
  03 İyun 2013    Oxunub:1511
Türkiyədə baş verən etirazlar digər ölkələrə də öz təsirini göstərib.
AzVision.az CNN-ə istinadən məlumat verir ki, Suriya Türkiyədə baş verən etirazlara görə öz ölkəsinin vətəndaşlarını Türkiyəyə buraxmır.

Ölkənin Xarici İşlər Nazirliyi vətəndaşlara məsləhət görərək bildirib ki, onlar təhlükəsizlik baxımından Türkiyənin bəzi şəhərlərinə səfər etməsinlər. Çünki Türkiyənin bəzi şəhərlərində Ərdoğan hökumətinin dinc etirazçılara qarşı zorakılığı davam edir.

Suriya Türkiyə ilə qonşu ölkədir və bir zamanlar müttəfiq olub. Lakin Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı üsyandan sonra iki ölkə arasında münasibət korlanıb. Ərdoğan dəfələrlə Əsədi hakimiyyəti tərk etməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti