Mərkəzi Avropada fövqəladə vəziyyət elan edildi

Mərkəzi Avropada fövqəladə vəziyyət elan edildi
  03 İyun 2013    Oxunub:1204
Daşqınlar artıq 3 nəfərin həyatına son qoyub.
Çexiya, Avstriya və Almaniyada daşqınlarla bərabər palçıq axını 3 nəfərin ölümünə səbəb olub. Ölənlərdə ikisi Çexiya, digəri Avstriya vətəndaşıdır. Mərkəzi Avropada son 10 ildə ilk dəfədir ki belə bir vəziyyət müşahidə olunur. Çexiyanın bir neçə şəhərində fövqəladə vəziyyət elan olunub. Hökumət insanların daha təhlükəsiz ərazilərə evakuasiya edilməsi üçün 15 milyon dollar ayırıb. Praqada 19 metro stansiyası bağlanıb.

Qeyd edək ki, Almaniyanın Saksoniya, Türingiya,Bavariya və Baden Vyurtemberq bölgələrində də fövqəladə vəziyyət elan edilib. İsanların evakuasiyası davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti