Frankfurtda vətəndaş-polis qarşıdurması - FOTOLAR

Frankfurtda vətəndaş-polis qarşıdurması - FOTOLAR
  01 İyun 2013    Oxunub:1258
Eynulla Fətullayev Frankfurtdan xəbər verir: 10 nəfər yaralanıb, iki nəfər tutulub.

Blokkupay hərəkatının mətbuat katibi Tomas Pilts polislə etirazçıların arasında baş verən toqquşma nəticəsində 10 nəfərin yaralandığını təsdiq edib. Yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirib. Yaralı nümayişçilər döyüldüyü üçün və qaz hücumu nəticəsində travma alıblar.

Eynulla Fətullayev Frankfurtdan xəbər verib ki, polislə etirazçılar arasında baş verən toqquşmada 10 nəfər yaralanıb və nümayişin təşkilatçılarından iki nəfər həbs edilib.

Bu gün Almaniyada çoxdan gözlənilən nümayiş keçirilib. Cənubi Avropa ölkələri Almaniya etirazını dəstəkləmək üçün Frankfurta gəlib. Blokkupay hərəkatının məlumatına görə, aksiyada 3 mindən çox etirazçı iştirak edib.

Frankfurt aksiyasını Almaniya KİV-i bu cür şərh edib: “Mitinqdə heç bir toqquşma baş verməyib”. Ancaq hadisələrin real təsviri bunun əksini deyir - polis yenidən etirazçılara qarşı güc tətbiq edib. Onlara qarşı yanğın nasosları, xüsusi təyinatlı dəstə, gözyaşardıcı qaz və xidməti itlərdən istifadə olunub. Bir sözlə, bütün cəza arsenalı hərəkətdə olub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti