Hikmət Hacıyev: "Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir"

      Hikmət Hacıyev:    "Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir"
  07 Oktyabr 2025    Oxunub:885
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı barədə paylaşım edib.
AzVision.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.

Prezidentin köməkçisi bildirib ki, builki Zirvə toplantısı "Sülh və Təhlükəsizlik" mövzusuna həsr olunub:

"Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və başlıca prioritet olaraq qalır. Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzinə çevrilməkdədir".

AzVision.az


Teqlər:



Xəbər lenti