Şuşa DOST filialında 343 vətəndaşa xidmət göstərilib

Şuşa DOST filialında 343 vətəndaşa xidmət göstərilib
  10 Mart 2025    Oxunub:930
Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında bu ilin iki ayında 343 vətəndaş göstərilən xidmətlərdən yararlanıb.
AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasına istinadən xəbər verir ki, müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.

Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 55 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 42 saniyə olub.

Şuşa filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,7 faiz təşkil edib.


Teqlər: Şuşa   DOST  





Xəbər lenti