11 min manatının oğurlanması ilə bağlı polisə yalan danışdı

11 min manatının oğurlanması ilə bağlı polisə yalan danışdı
  26 Yanvar 2022    Oxunub:762
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti