17 nəfərlik ümid: Medal gətirə biləcək kimlər qalıb? - Siyahı

  17 nəfərlik ümid:  Medal gətirə biləcək kimlər qalıb? -  Siyahı
  02 Avqust 2021    Oxunub:2587
Azərbaycanın "Tokio-2020" Yay Olimpiya Oyunlarında iyulun 24-dən mübarizə qoşulan 27 idmançısı cəmi 2 bürünc medalla çıxışını başa vurub. Bəs bundan sonra medal şanslarımız necədir? Kimə ümid ola bilərik?
Azvision.az xatırladır ki, 1/8 final mərhələsində nigeriyalı Blessinq Oboruduya uduzan qadın güləşçimiz Elis Manolova bürünc medal uğrunda yarışacaq. Belə ki, nigeriyalı Blessinq Oborududu finala yüksəldiyi üçün Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Yunan-Roma güləşçisi Rafiq Hüseynovun (77 kq) 1/4 finalda uduzduğu Akjol Mahmudov (Qırğızıstan) yarımfinalda Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəldiyi üçün idmançımız təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb.

Təsəlliverici görüşlər sabah (avqustun 3-də) keçiriləcək.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)
Boks: Alfonso Dominges (81 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov, Ruslan Lunyov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Yarışacaq idmançılarımız:

Qadın güləşi: Mariya Stadnik, Elis Manolova

Sərbəst güləş: Şərif Şərifov, Hacı Əliyev, Hacımurad Hacıyev

Yunan-Roma güləşi: İslam Abbasov, Rafiq Hüseynov

Bədii Gimnasitika: Zöhrə Ağamirova, Yelizaveta Luzan, Darya Sorokina, Məryam Səfərova, Ləman Əlimuradova, Zeynab Hummatova

Atletika: Nazim Babayev

Karate: Rafael Ağayev, İrina Zaretska, Firdovsi Farzaliyev

Bunlardan qzıl medal qazanan olacaqmı? Yaxın günlərdə görəcəyik...

Aytən Zəhra
Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti