Olimpiadada daha 21 nəfər virusa yoluxub

Olimpiadada daha 21 nəfər virusa yoluxub
  31 İyul 2021    Oxunub:1601
Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 21 nəfər artıb.
Azvision.az Olimpiya Oyunlarının təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

Yaponiya hökuməti Tokioda koronovirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyət gərgin olduğuna görə bir gün əvvəl fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Həmçinin daha dörd prefekturada fövqəladə vəziyyət rejimi yenidən tətbiq olunub.

Məhz fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Azvision.az


Teqlər: Olimpiada   Tokio  





Xəbər lenti