UEFA Superliqa ilə bağlı məhkəməni uduzdu

UEFA Superliqa ilə bağlı məhkəməni uduzdu
  30 İyul 2021    Oxunub:1506
UEFA Avropa Superliqasının təşkili ilə bağlı məhkəməni uduzub.
Azvision.az xəbər verir ki, bu barədə "Real", "Barselona" və "Yuventus"un birgə yaydığı açıqlamada bildirilib.

UEFA-nın məhkəməni uduzduğu üçün təsisçi klublara qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qaldığı vurğulanıb. Açıqlamada məhkəmənin 3 klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər 9 kluba tətbiq edilən cərimə və məhdudiyyətlərinin ləğv edildiyi bildirilib.

"Məhkəmə Superliqanın təşkilatçılarının mövqeyini təsdiqlədi və məhkəmənin qəbul etdiyi qətnaməyə əməl edilməməsinin maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə səbəb ola biləcəyini təsdiqləyərək UEFA-ya yenidən xəbərdarlıq etdi. Bundan əlavə, işə Avropa Birliyinin Lüksemburqakı məhkəməsi baxacaq. Görüşün mövzusu UEFA-nın Avropa futbolunda inhisarçı mövqeyinin müzakirəsi olacaq" - deyə açıqlamada yazılıb.

Bundan başqa, üç klub UEFA-nın Avropa futbolundakı inhisarçılığının oyuna zərər verdiyini və Superliqa layihəsinə sadiq qaldıqlarını qeyd ediblər. Klublar iştirak etdikləri turnirləri idarə etmək hüququna sahib olduqlarını da bildiriblər.

Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klublar turnirdən imtina ediblər.

Azvision.az


Teqlər:





Xəbər lenti