Ozobiç "Qarabağı" növbəti mərhələyə daşıdı

  29 İyul 2021    Oxunub :756
Ozobiç "Qarabağı" növbəti mərhələyə daşıdı
Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada "Aşdod" (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı başa çatıb. Görüşün 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç komandasının qələbə qolunu vurub.

"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıb.

"Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxıb.

Azvision.az

Teqlər:







Xəbər lenti