Məmmədyarov yenidən Aronyanla qarşılaşacaq

Məmmədyarov yenidən Aronyanla qarşılaşacaq
  29 İyul 2021    Oxunub:1075
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçıları bəlli olub.
Azvision.az -ın məlumatına görə, son olaraq Levon Aronyan (Ermənistan), Vladislav Artemyev (Rusiya) və Pentala Harikrişnanın (Hindistan) adı 16 nəfərlik siyahıya salınıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun "Chessable Masters" adlanan turnirdə mübarizə aparacağı daha əvvəl bəlli olub. Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar əldə edəcək.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti