UEFA Çempionlar Liqası: “Neftçi”-“Olimpiakos” oyunu başlayıb

UEFA Çempionlar Liqası:  “Neftçi”-“Olimpiakos” oyunu başlayıb
  28 İyul 2021    Oxunub:1750
Bakının “Neftçi” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşır.
Azvision.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı ispaniyalı baş hakim Rikardo de Burqos idarə edir.

"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Ömər Buludov. Samir Buqrin və Mamadu Kane yer alıblar.

Yunanıstan təmsilçisinin heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Ahmed Hassan, Pyer Kunde, Giorqos Masuras, Husseynu Ba, Svetozar Markoviç, Kenni Lala, Matyö Valbuena, Pape Sisse və Vasilis Surlis meydana çıxıblar.

Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: ÇempionlarLiqası   Neftçi”-“Olimpiakos  





Xəbər lenti