Daha bir cüdomuz medalsız qaldı

  27 İyul 2021    Oxunub :535
Daha bir cüdomuz medalsız qaldı
Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Azvision.az -ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib.

Görüşün sonlarında Fətiyev ayağındakı zədə ilə bağlı tibbi yardıma ehtiyac duyub. Əsas vaxtda qalib müəyyənləşməyib. Cüdoçu qızıl xal bölümündə növbəti dəfə həkimlərə müraciət edib.

Qızıl xal bölümündə rəqibinə vazari ilə məğlub olan Fətiyev olimpiada ilə vidalaşıb.

Azvision.az

Teqlər: Cüdo  







Xəbər lenti